Millimiz Avropa çempionatında mübarizəyə başlayır

15:32 - 19 Avqust 2025

20-29 avqust tarixlərində qızlardan ibarət basketbol üzrə  U-16 millimiz Türkiyənin İstanbul şəhərində təşkil olunacaq Avropa çempionatının B divizionunda mübarizə aparacaq.

Sportal.az xəbər verir ki, qızlarımız B qrupunda aşağıdakı rəqiblərlə qarşılaşacaq:

Oyun təqvimi (Bakı vaxtı ilə):

20 avqust – saat 14:00
Azərbaycan – İsveç

22 avqust – saat 21:30
Azərbaycan – Niderland

24 avqust – saat 19:00
Azərbaycan – Slovakiya

25 avqust – saat 21:30
Azərbaycan – Lüksemburq

Qeyd edək ki, U-16 millimiz ilk dəfə olaraq Avropa çempionatı B divizionunda iştirak edir.

Xəbər xətti