"Mançester Yunayted" Bundesliqadan futbolçu transfer etmək istəyir

23:49 - 21 Avqust 2025

Anjelo Ştiller "Mançester Yunayted"in maraq dairəsinə düşüb.

Sportal.az xəbər verir ki, 24 yaşlı yarımmüdafiəçi hazırda "Ştutqart" klubunda çıxış edir və "qırmızı şeytanlar" üçün yarımmüdafiəni gücləndirmək variantlarından biridir.

Klub daxilində transfer hədəfləri ilə bağlı müzakirələr aparılır. Ştillerin adı da gündəmə gəlib, çünki Yunayted təsmilçisi transfer pəncərəsi bağlanmazdan əvvəl daha bir yarımmüdafiəçi alıb-almamağı dəyərləndirir.

Qeyd edək ki, ötən mövsüm Ştiller Bundesliqada 32 oyunda 1 qol vurub və 8 qol ötürməsi edib.

Xəbər xətti