Orxan Əliyev "Neftçi"yə 2 qol vurdu, ən yaxşı seçildi

15:39 - 22 Sentyabr 2025

Futbol üzrə Qırğızıstan Premyer Liqasında 19-cu turun oyunları keçirilir.

Sportal.az xəbər verir ki, azərbaycanlı futbolçu Orxan Əliyevin formasını geyindiyi "Ozqon" doğma meydanda "Neftçi"ni (Koçkor-Ata) qəbul edib. Qarşılaşma ev sahiblərinin 3:2 hesablı qələbəsi ilə başa çatıb.

Orxan da bu matçın iştirakçısı olub. 29 yaşlı forvard 2 qol vuraraq qələbədə pay sahibi olub.

Qeyd edək ki, "Ozqon" 19 turdan sonra 28 xal toplayıb və turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb.


Xəbər xətti