21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsi çərçivəsində bu gün dördüncü oyununa çıxacaq.
Sportal.az xəbər verir ki, B qrupunda yer alan millimiz Bakıda Şotlandiyanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq.
“Dalğa Arena”da keçiriləcək görüş saat 19:00-da başlayacaq. Qazaxıstandan olan hakimlər briqadasının idarə edəcəyi qarşılaşma “CBC Sport” kanalı vasitəsilə canlı yayımlanacaq.
14 oktyabr
Azərbaycan (U-21) - Şotlandiya (U-21)
“Dalğa Arena”. Saat 19:00
Baş hakim: Sayat Karabayev
Baş hakimin köməkçiləri: Yuri Tixonyuk, Yevgeni Belski
Dördüncü hakim: Saken Bayimbet
(Hakimlər briqadası Qazaxıstandandır)