"Arsenal"ın braziliyalı futbolçusu yığmanın matçında zədələndi

00:53 - 16 Noyabr 2025

Braziliya "Emirates" stadionunda keçirilən yoldaşlıq oyununda Seneqali 2:0 hesabı ilə məğlub edib.

Sportal.az xəbər verir ki, Qabriel Maqalyaes Braziliya yığmasının oyununda zədələnib. "Arsenal"ın müdafiəçisi oyunu 64-cü dəqiqədə tərk edib.

Qeyd edək ki, Qabriel əzələ zədəsi səbəbindən oyunu başa vurmaq məcburiyyətində qalıb. Onun hansı müddətə sıradan çıxdığı hələlik məlum deyil. 

Xəbər xətti