Elçin Məsiyev zədələndi, Premyer Liqa oyununun hakimi dəyişdi

17:33 - 19 Noyabr 2025

Misli Premyer Liqasının XII turunda keçiriləcək oyunların hakim təyinatlarında dəyişiklik baş verib.

Sportal.az xəbər verir ki, Elçin Məsiyev zədələndiyi üçün “Karvan-Yevlax” - “Kəpəz” görüşünün baş hakimi Rauf Cabarov olacaq. Elçin Məsiyev həmin qarşılaşmanın VAR hakimi funksiyasını yerinə yetirəcək.

“Araz-Naxçıvan” - “Turan Tovuz” oyununda isə Rauf Cabarovun yerinə Rəşad Əhmədov VAR hakimliyini edəcək.

Xəbər xətti