İtaliyanın “Milan” klubu sabiq müdafiəçisi Tiqo Silvanın qayıdışı variantını nəzərdən keçirir.
Sportal.az xəbər verir ki, A Seriyası nəhəngi qış transfer pəncərəsi zamanı mərkəz müdafiəçisi mövqeyi üçün təcrübəli oyunçu axtarır. Bu barədə "La Repubblica" nəşri məlumat yayıb.
Silva hazırda ölkəsində “Fluminense” klubunda çıxış edir. Müdafiəçi 41 yaşı olmasına baxmayaraq, yüksək səviyyəli oyun nümayiş etdirir. Məlumatlara görə, təcrübəli futbolçu hələ karyerasını bitirməyi düşünmür.
Qeyd edək ki, Tiaqo Silva 2009-2012-ci illərdə "Milan"da çıxış edib. Onun "Fluminense" ilə müqaviləsi gələn ilin yayında başa çatır.
saytlarin hazirlanmasi
