Hasan Şaş Azərbaycan klubuyla danışıqlar aparır - ölkəmizdə çalışa bilər

17:55 - 19 Noyabr 2025

Türkiyə millisi və "Qalatasaray"ın canlı əfsanəsi Hasan Şaş məşqçi karyerasını Azərbaycanda bərpa edə bilər.

Sportal.az Sportinfo.az-a sitinadən xəbər verir ki, 49 yaşlı mütəxəssis hazırda ölkəmizdə bir klubla danışıqlar aparır.

Həmin komanda hazırda aşağı liqada mübarizə aparır, amma iddialıdır və hədəfi ən yaxın tarixdə Premyer Liqaya vəsiqə qazanmaqdır.

Vaxtilə "Qalatasaray"da Fatih Terimin köməkçisi işləmiş keçmiş yarımmüdafiəçi artıq sərbəst çalışmaq niyyətindədir.

Tərəflər arasında ilkin görüşmələr artıq arxada qalıb, anlaşma barədə danışmaq hələ tezdir.

Xəbər xətti