"Arsenal" İngiltərə millisinin üzvünü icarəyə verəcək

18:21 - 19 Noyabr 2025

"Arsenal" Etan Nvanerini icarəyə verməyi planlaşdırır.

Sportal.az xəbər verir ki, London təmsilçisi ingiltərəli futbolçunu yanvar ayında başqa kluba göndərəcək. Bu barədə "Daily Mail" nəşri məlumat yayıb.

Premyer Liqa nəhəngi Nvanerinin daha çox oyun praktikası qazanmasını istəyir. 18 yaşlı hücumameyilli yarımmüdafiəçi özü də stabil oynayacağı bir kluba keçməyə isti yanaşır.

Qeyd edək ki, Etan Nvaneri "Arsenal"ın yetirməsidir. İngiltərə U-21 millisinin üzvü bu mövsüm "topçular"ın heyətində meydana çıxdığı 9 rəsmi matçda 1 qol vurub.

Xəbər xətti