"Arsenal" həmişə etdiyi şeyi edəcək və Premyer Liqanı qazanmayacaq" - "qırmızı şeytanlar"ın sabiq forvardı

22:14 - 19 Noyabr 2025

Duayt York “Arsenal”ın İngiltərə çempionu olacağına şübhə edir.

Sportal.az xəbər verir ki, "Mançester Yunayted”in sabiq hücumçusu "Snabbare"yə müsahibəsində bunları qeyd edib:

“Sadəcə düşünürəm ki, “Arsenal” həmişə etdiyi şeyi edəcək. Elə bir qəribə hiss var ki, komanda nədənsə işi sona qədər çatdıra bilməyəcək. Bu həm də komandanın iştirak edəcəyi turnirlərdən asılı olacaq. Əminəm ki, Arteta hər şeyə eyni anda prioritet verəcək, bütün turnirləri qazanmağa çalışacaq. Amma əsas Premyer Liqanı qazanmaqdır. Xaotik bir vəziyyət yarana bilər və “Mançester Siti” nə etməli olduğunu yaxşı bilir."

Xəbər xətti