"Qaradağ Lökbatan"ın 13 qollu qələbəsi - VİDEO

20:20 - 22 Dekabr 2025

Futbol üzrə Azərbaycan II Liqasında XIV turun oyunları keçirilir.

Sportal.az xəbər verir ki, bu gün "Qaradağ Lökbatan" öz meydanında "Araz Saatlı"nı qəbul edib. Qarşılaşma ev sahiblərinin 13:1 hesablı qələbəsi ilə başa çatıb.

Xallarını 39-a yüksəldən "Qaradağ Lökbatan" liderliyi ələ keçirib. 4 xalı olan "Araz Saatlı" isə sonuncu yerdədir.

"Qaradağ Lökbatan" - "Araz Saatlı" 13:1
Qollar:
 R.Orucov, 1, 6, 20, 46, 54, F.Abbaslı, 8, 14, 26, İ.Hüseynov, 37, 44, T.Nəsibov, 47, R.Quliyev, 61, S.Allahquliyev, 83 - R.Əvəzov, 68

Xəbər xətti