"Qarabağ"ın mövsümün əvvəlində transfer etmək istədiyi Mali yığmasının üzvü Bubakar Konte Rusiyaya yollanıb.
Sportal.az Afrika mətbuatına istinadən xəbər verir ki, "Dila"nın futbolçusu "Torpedo"(Moskva) ilə anlaşıb.
Halbuki 24 yaşlı forvardın "Qarabağ"a keçəcəyi gözlənilirdi.
Lakin o, son anda "Torpedo" ilə 3 illik müqavilə imzalamağa üstünlük verib.
O, karyerası ərzində "Saprsborq", "Yerv", "Nasional", "Fredrikstad" klublarının formasını geyinib.
saytlarin hazirlanmasi
