"Bayer"in hücumçusu Kristian Kofane karyerasını İspaniya La Liqasında davam etdirə bilər.
Sportal.az xəbər verir ki, "Real" kamerunlu forvardı transfer etmək istəyir. Bu barədə "Sky Sports" televiziyası məlumat yayıb.
Almaniya klubu Kofanenin qiymətini müəyyənləşdirib. Leverkuzen təmsilçisi 19 yaşlı futbolçu üçün 50 milyon avro tələb edir.
Qeyd edək ki, "Bayer" Kristian Kofaneni mövsümün əvvəlində "Albasete"dən 5,2 milyon avroya transfer edib. Kamerun millisinin üzvü "əczaçılar"ın heyətində meydana çıxdığı 23 rəsmi matçda 5 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi
