"Qarabağ"a qarşı oyunumuzun o qədər də yaxşı olduğunu düşünmürəm" - Eddi Hau

03:07 - 25 Fevral 2026

"Qarabağ" UEFA Çempionlar Liqasında pley-off mərhələsində cavab matçına çıxıb. Azərbaycan çempionu İngiltərədə "Nyukasl"ın qonağı olub. Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv 2:3 hesabı ilə məğlub olaraq liqada mübarizəni dayandırıb.

Sportal.az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında "Nyukasl"ın baş məşqçisi Eddi Hau matç haqda fikirlərini bölüşüb:

"1/8 final mərhələsinə yüksəlmək bizim üçün tarixi bir nailiyyətdir. BU matçın o qədər də yaxşı olduğunu düşünmürəm. Yəqin ki, əsas problemimiz matçın əvvəlində hesabı 2:0 etməyimiz oldu. Daha çox qol vurmaq üçün lazım olan istəyi göstərə bilmədik. Çempionlar Liqası bizim üçün möhtəşəm bir təcrübədir. 1/ finaldarəqibin kimiliyindən asılı olmayaraq hər şeyimizi ortaya qoyacaq və əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq".

Xəbər xətti