"Qəbələ" ilə oyun prinsipial olacaq" - "Kəpəz"in müdafiəçisi

13:25 - 4 Aprel 2026

"Kəpəz" Misli Premyer Liqasının 26-cı turunda Yevlax şəhər stadionunda "Qəbələ"ni qəbul edəcək.

Sportal.az xəbər verir ki, Gəncə təmsilçisinin müdafiəçisi Mate Abuladze matçdan öncə klubun mətbuat xidmətinə açıqlama verib. Gürcüstanlı futbolçu "Qəbələ" ilə oyunun prinsipial olacağını deyib:

"Fasilədən səmərəli istifadə etdik. Həm taktiki, həm də texniki məşqlərə çox vaxt ayırdıq. Eyni zamanda, fiziki hazırlığımızı yaxşılaşdırmağa da xüsusi diqqət yetirdik. "Qəbələ" ilə oyuna hazırlaşırıq. Türnir cədvəlinə görə bu, prinsipial qarşılaşma olacaq. Çünki 6 xallıq oyundur. "Qəbələ"nin gürcüstanlı baş məşqçisi var. Bu da mənim üçün oyunu daha maraqlı edir. Azarkeşlərin dəstəyi bizim üçün çox önəmlidir. Onlar sanki 12-ci oyunçudur. Hər oyunda dəstəklərini hiss edirik. Ümid edirəm ki, oyundan sonra yenə qələbəni birlikdə qeyd edəcəyik.

Qeyd edək ki, "Kəpəz" - "Qəbələ" qarşılaşması sabah keçiriləcək və saat 15:30-da start götürəcək.

Xəbər xətti