Azərbaycan Andorraya qarşı

10:33 - 14 Aprel 2026

Qadın futbolçulardan ibarət Azərbaycan milli komandası DÇ-2027-nin seçmə mərhələsi çərçivəsində bu gün növbəti matçına çıxacaq.

Sportal.az xəbər verir ki, Siyasət Əsgərovun rəhbərlik etdiyi kollektiv C Liqasının 3-cü qrupu çərçivəsində Andorra ilə üz-üzə gələcək.

Qarşılaşmağa Bakı vaxtı ilə 21:00-da start veriləcək.

Millimiz 3 xalla 2-ci pillədə yer alıb.

Şimali Makedoniya 3 xalla 3-cü, Andorra 1 xalla sonuncudur.

21:00 Andorra- Azərbaycan (qadınlar)
Milli stadion, Andorra 
Baş hakim: Kristina Kozoroq(Ukrayna)

Xəbər xətti