Azərbaycan milli komandasının sabiq müdafiəçisi Ernani Pereyra Sportal.az saytına açıqlama verib.
O, yığma komandamızın hazırkı durumu haqda fikirlərini bildirib. Pereyranın fikrincə, Azərbaycan yığması Millətlər Liqasında daha yaxşı nəticələr qazana biləcək:
"Milli komandanın matçlarını vaxt tapdıqca izləyirəm. Təbii ki, yığmanın son oyunlarını gördüm. FİFA seriyasındakı uğurlu nəticəsini də izlədim. Həm Sent-Lüsiya, həm də Syerre-Leona ilə görüşdəki yaxşı oyun, uğurlu nəticə təbii ki, sevindiricidir. Bunun davamını gətirmək çox yaxşı olardı. Qarşıda da Millətlər Liqası oyunları gəlir. Fikrimcə, Azərbaycan millisi FİFA seriyası turnirindəki uğurun davamını orada gətirə bilər. Doğrudur, indi onsuz da asan rəqib, asan komanda yoxdur. Hamı yaxşı oynayır, yaxşı nəticə üçün mübarizə apara bilir. Litva, Lixtenşteyn yığmaları da pis komandalar deyil. Onlar da C divizionu üçün oynayacaq. Ümidvaram ki, Azərbaycan millisi həmin qrupda uğurlu nəticə qazanar və birinci pilləni tutarlar, C divizionuna geri qayıdarlar".
Qeyd edək ki, Ernani 2006-2011-ci illərdə Azərbaycan millisində 12 oyun keçirib.
Mirbağırağa
saytlarin hazirlanmasi
