"Zirə"nin qapıçısı: "Finala vəsiqə qazanmağı çox istəyirik"

12:58 - 20 Aprel 2026

"Zirə"nin qapıçısı Tyaqo Silva Sportal.az saytına açıqlama verib.

Qəsəbə təmsilçisinin üzvü Misli Premyer Liqasının 28-ci turunun "Neftçi"yə(1:1) qarşı keçirilmiş oyunu şərh edib:

"Neftçi"yə qarşı oyun çox çətin alındı. Final kimi görüş idi. Hər iki komanda avrokuboklarda oynamaq istəyir. Şadam ki, son dəqiqədə qol vura bildik və heç-heçə əldə etdik. Çünki bu, çox vacib xal idi. Dürüst desəm, sonda ağlımızla deyil, daha çox ürəyimizlə oynayırdıq. Artıq bu görüş geridə qaldı və biz kubokun yarımfinal matçı haqda düşünürəm".

Silva komandasının ölkə kubokunun yarımfinal mərhələsinin "Turan Tovuz"la(0:2) qarşı keçiriləcək cavab oyunu haqda da fikirlərini bildirib. Onun fikrincə, komandası ilk oyundakı qələbəyə baxmayaraq, cavab matçında da sona qədər mübarizə aparmağa hazırdır:

"Biz finala vəsiqə qazanmağı çox istəyirik. Klubumuzun təxminən 11 ilindən sonra klub və azarkeşlər üçün bir kubok götürməyin vaxtıdır. Onlar buna layiqdirlər və biz də layiqik. Burada olduğum son 3 ildə Azərbaycanın ən yaxşı komandalarından biri olmaq üçün çox mübarizə aparmışıq. Bəli, biz bir kubok qazanmaq istəyirik. İlk oyundakı 2:0 hesablı qələbəyə görə demək olmaz ki, artıq finaldayıq. Çünki indi əsl mübarizə gedir. Sona qədər mübarizəmizi aparacağıq".

Mirbağırağa

Xəbər xətti