Premyer Liqa klubundan "Bavariya"ya 75 milyon funt tələb

00:09 - 21 Aprel 2026

“Nyukasl” Entoni Qordon üçün “Bavariya”dan 75 milyon funt tələb edir

Sportal.az "The Times"a istinadən xəbər verir ki, “Nyukasl” klubu Qordonun “Bavariya”ya transferini yalnız alman klubunun ən az 75 milyon funt-sterlinq təklif etməsi halında müzakirə etməyə hazırdır.

Daha əvvəl bildirilmişdi ki, 25 yaşlı cinah oyunçusu artıq yaxın çevrəsinə Münhen klubuna keçməyə hazır olduğunu deyib. “Bavariya” onu yay transfer pəncərəsi üçün əsas hədəflərdən biri kimi görür.

Alman klubunun ilkin qiymətləndirməsi təxminən 55 milyon funt olsa da, “Nyukasl” yalnız qiymət artırılarsa danışıqlara başlamağa hazırdır.

Hazırda “Bavariya” Qordon uğrunda yarışda “Liverpul” və “Arsenal”ı qabaqlayaraq favorit hesab olunur. Futbolçunun agentlərinin yaxın zamanda “Bavariya” nümayəndələri ilə görüşməsi gözlənilir.

Bu mövsümdə Entoni Qordon Premyer Liqada 26 oyun keçirib, 6 qol vurub və 2 assist edib.

Xəbər xətti