"İnsanların hələ də mənim oyunlarımı və hərəkətlərimi yenidən izləməsindən xoşbəxtəm" - Ronaldinyo

00:51 - 21 Aprel 2026

Braziliyanın keçmiş futbolçusu Ronaldinyo azarkeşlərin onun oyununa olan sevgisinə görə minnətdar olduğunu bildirib.

Sportal.az xəbər verir ki, əfsanəvi futbolçu öz açıqlamasında bunları qeyd edib:

“İnsanların mənim necə oynadığımı izləməyi sevməsindən, hələ də "YouTube"a girib oyunlarımı və bəzi fintlərimi yenidən izləməsindən çox xoşbəxtəm. Mən meydanda həmişə əylənmişəm və futbolçu olduğum dövrdə aldığım, eləcə də indi də davam edən bütün sevgiyə görə çox minnətdaram və qürur duyuram.”

Qeyd edək ki, Ronaldinyo 2015-ci ildə futbolçu karyerasını başa vurub. O, karyerası ərzində PSJ, "Barselona", "Milan" kimi klublarda çıxış edib.

Xəbər xətti