Avropa çempionatı: Daha 5 güləşçimiz mübarizəyə başlayır

10:59 - 21 Aprel 2026

Albaniyanın paytaxtı Tiranada güləş üzrə Avropa çempionatı davam edir.

Sportal.az xəbər verir ki, Azərbaycanın daha beş yunan-Roma güləşçisi mübarizəyə bu gün qoşulacaq. Nihat Məmmədli (60 kq), Həsrət Cəfərov (67 kq), Ruslan Nurullayev (72 kq), Qurban Qurbanov (82 kq) və Murad Əhmədiyev (97 kq) xalça üzərinə çıxacaqlar.

Həmçinin Rəşad Məmmədov (55 kq), İslam Abbasov (87 kq) və Beka Kandelaki (130 kq) bürünc medal uğrunda görüşlər keçirəcəklər. Qitə birinciliyi aprelin 26-da başa çatacaq.

Xəbər xətti