"Real" İspaniya La Liqasının 33-cü turunun "Betis"lə səfər matçına ciddi itki ilə çıxacaq.
Sportal.az xəbər verir ki, müdafiəçi Eder Militao komandaya kömək edə bilməyəcək. Braziliyalı futbolçu 32-ci turun "Alaves" oyununda ayaq əzələsindən zədə alıb.
Qarşılaşma 24 aprel tarixində keçiriləcək və Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.
Qeyd edək ki, Eder Militao bu mövsüm "Real"ın heyətində meydana çıxdığı 21 rəsmi matçda 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi
