Türkiyəli sabiq FIFA referisi Deniz Ateş Bitnel Azərbaycan kubokunun 1/ 2 final mərhələsinin “Sabah” – “Qarabağ” oyunundakı bir epizodu şərh edib.
Sportal.az xəbər verir ki, Bitnel “Qarabağ” tərəfinin son dəqiqələrdə penalti tələb etdiyi epizodla bağlı fikirlərini bildirib.
"Footcast" səhifəsinə danışan türkiyəli, matçın baş hakimi Rəvan Həmzəzadənin həmin epizodda doğru qərar verdiyini, həmin epizodda penalti olmadığını bildirib:
“Bu epizodda hakimin “davam” qərarı doğrudur. Oyunçu bu epizodda kimisə və ya haranısa işarə edir. Həmin anda qol bədəndən təxminən 90 dərəcə aralıdır. İşarə etdiyi anda top əlinə dəysəydi, onda penaltidən bəhs edə bilərdik. Çünki əl təbii vəziyyətdə deyildi. Amma işarə etdikdən, əlini aşağı endirdikdən, əl tam təbii vəziyyətə gəldiyi anda top yaxın məsafədən dəyir. Top əlinə dəydiyi anda əl tam təbii vəziyyətdə olduğundan, həmçinin yaxın məsafədən dəydiyindən davam qərarı doğru idi”.
saytlarin hazirlanmasi
