"İnter" B seriyasına göndəriləcək? - İtaliyada gündəmi zəbt edən mövzu

12:49 - 27 Aprel 2026

"İnter" hakim qalmaqalı səbəbindən 2024-cü ildə qazanılan iki kubokdan məhrum edilə və Seriya B-yə göndərilə bilər.

Sportal.az "La Gazzetta dello Sport"a istinadən xəbər verir ki, İtaliya Hakimlər Komitəsinin rəhbəri Canluka Rokki idman saxtakarlığında şübhəli bilinir. 

Milan prokurorlarının sözlərinə görə, Rokki qərarları “nerazzura”nın xeyrinə ola biləcək hakimləri təyin etməyə çalışıb. 

İttihamlar təsdiqlənərsə, klub 2024-cü ildə qazanılan iki kuboku - Seriya A çempionatını və İtaliya Super kubokunu itirəcək.

"İnter" həmçinin xallarından məhrum edilərək, B seriyasına göndəriləcək. Milan təmsilçisi hazırda 34 oyunda 79 xalla İtaliya A seriyasında birinci yerdədir.
 

Xəbər xətti