İtaliyanın "İnter" klubunun heyətində ciddi itki baş verib.
Sportal.az xəbər verir ki, Hakan Çalhanoğlu sıradan çıxıb. Bu barədə A Seriyası klubunun mətbuat xidməti məlumat yayıb.
Türkiyəli yarımmüdafiəçinin ayaq əzələsində zədə aşkarlanıb. 32 yaşlı futbolçu bir müddət yaşıl meydanlardan uzaq qalacaq.
Qeyd edək ki, Hakan Çalhanoğlu 2021-ci ilin yayından "İnter"də çıxış edir. Türkiyə millisinin üzvü bu mövsüm Milan təmsilçisinin heyətində meydana çıxdığı 30 rəsmi matçda 12 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi
