Portuqaliyalı qapıçı "Liverpul"a keçə bilər

16:09 - 28 Aprel 2026

"Portu"nun qapıçısı Dioqo Kosta karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Sportal.az xəbər verir ki, "Liverpul" portuqaliyalı qolkiperin xidmətində maraqlıdır. Bu barədə insayder Ekrem Konur məlumat yayıb.

Mersisayd təmsilçisi Kostanı Alisson Bekerin davamçısı kimi düşünür. 26 yaşlı "əlcək sahibi"nin klubu ilə müqaviləsində 60  milyon avroluq sərbəstqalma maddəsi yer alıb.

Qeyd edək ki, Dioqo Kosta "Portu"nun yetirməsidir. Portuqaliya millisinin üzvü bu mövsüm "əjdahalar"ın heyətində keçirdiyi 47 oyunda qapısında 27 qol görüb.

Xəbər xətti