"Fənərbaxça"nın baş məşqçisi postundan istefaya göndərilən Domeniko Tedesko Almaniyanın "Kicker" nəşrinə açıqlama verib.
Sportal.az xəbər verir ki, italiyalı mütəxəssis İstanbul təmsilçisinin azarkeşlərinə təşəkkürünü bildirib:
"İşlərin bu nöqtəyə gəlməsi mənim üçün üzücüdür. Bu da futbolun nə qədər sürətlə dəyişdiyini bir daha göstərir. Qısa müddət əvvəl müqavilənin uzadılmasını müzakirə edirdik. Lakin Super Liqadakı ikinci məğlubiyyətdən sonra yollarımız ayrıldı. Vəzifəyə gəldiyim zaman məqsədimiz uzunmüddətli, davamlı bir sistem qurmaq idi. Keçmişlə müqayisədə fərqli yol izləmək istəyirdik.
Belə emosional mühitdə davamlı uğurun açarı hər məğlubiyyətdən sonra hər şeyi sorğulamaq deyil, birlikdə nələrsə qurmaqdır. Bu proses mənim üçün çox gərgin və faydalı keçdi. Xüsusilə hər zaman yanımızda olan azarkeşlərə təşəkkür edirəm. Bu klubu xüsusi edən onlardır. Ümid edirəm ki, gələn mövsüm çempionluq arzuları gerçəkləşər. Onlar buna artıqlaması ilə layiqdirlər".
saytlarin hazirlanmasi
