Futbol üzrə Azərbaycan II Liqasında XXIV tura yekun vurulub.
Sportal.az xəbər verir ki, son gündə iki qarşılaşma baş tutub.
Turun mərkəzi oyunu lider "Xankəndi" ilə 2-ci pillədə olan "Qaradağ Lökbatan" arasında baş tutub. Qarşılaşma 1:1 hesablı bərabərliklə yekunlaşıb. Digər görüşdə isə "Quba" səfərdə "Şəmkir"ə qalib gəlib.
II Liqa, XXIV tur
28 aprel
"Xankəndi" - "Qaradağ Lökbatan" 1:1
Qollar: E.Nəsibov, 45+5 - F.Abbaslı, 90+7
Qırmızı vərəqə: E.Nəsibov, 90+5, B.Teymurov, 90+8 (hər ikisi "Xankəndi")
"Şəmkir" - "Quba" 2:5
Qollar: R.Abdullayev, 57, C.Cəlalzadə, 65 - V.Cəfərov, 18, 71 (pen), R.Məhərrəmov, 41, K.Mirzəyev, 45+3, B.Köçərli, 73
