"Çelsi"nin müdafiəçisi "Barselona"ya keçə bilər

20:26 - 28 Aprel 2026

"Çelsi"nin müdafiəçisi Mark Kukurelya ölkəsinə qayıda bilər.

Sportal.az xəbər verir ki, "Barselona" ispaniyalı futbolçunu transfer etmək istəyir. Bu barədə "Mundo Deportivo" nəşri məlumat yayıb.

London klubu Çempionlar Liqasına vəsiqə qazana bilməsə, Kukurelyanı satmaq variantını nəzərdən keçirəcək. 27 yaşlı sol cinah müdafiəçisi La Liqa nəhənginə keçməyə isti yanaşır.

Qeyd edək ki, Mark Kukurelya "Barselona"nın yetirməsidir. İspaniya millisinin üzvü 2022-ci ilin yayından "Çelsi"də çıxış edir. O, cari mövsümdə Premyer Liqa təmsilçisinin heyətində meydana çıxdığı 45 rəsmi matçda 1 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti