“Atletiko”(Madrid) rəhbərliyi hücumçu Xulian Alvarez üçün minimum bazar dəyəri müəyyən edib.
Sportal.az “Mundo Deportivo”ya istinadən xəbər verir ki, Madrid klubu argentinalı oyunçunun transferi üçün ən azı 120 milyon avro qazanmağı gözləyir. "Barselona" hücumçu üçün 70 milyon avro ödəməyə hazır olduğunu bildirib.
“Atletiko” isə bununla razı deyil. 26 yaşlı futbolçunun İspaniya klubu ilə müqavilə müddəti 2030-cu il iyunun 30-na qədərdir. O, karyerası ərzində “River Pleyt”, “Mançester Siti” klublarında oynayıb.
saytlarin hazirlanmasi
