"Atletiko"nun baş məşqçisi Dieqo Simeone Çempionlar Liqasının yarımfinal mərhələsinin “Arsenal”a qarşı keçiriləcək ilk oyunu ilə bağlı gözləntilərini bölüşüb.
Sportal.az UEFA-ya istinadən xəbər verir ki, argentinalı mütəxəssis "Arsenal"la ilə görüşdə qalib gəlmək istədiklərini bildirib:
"Atletiko"nun 14 ildən sonra dördüncü dəfə yarımfinala çıxması inanılmazdır. Biz əla komandaya qarşı oynayırıq, amma qalib gəlmək üçün hər şeyi edəcəyik. Bu, təzyiq deyil, məsuliyyətdir. Bizim ən böyük məqsədimiz klubun əvvəllər heç vaxt etmədiyi bir şey olan Çempionlar Liqasını qazanmaqdır. Bu, futbol matçıdır və yekunda bu oyunların nəticəsini oyunçular müəyyən edir”. Qeyd edək ki, matç sabah Madriddə keçiriləcək və görüşə Bakı vaxtı ilə 23:00-da start veriləcək.
saytlarin hazirlanmasi
