"Borussiya"nın hücumçusu Seru Qirassi karyerasını Türkiyə Super Liqasında davam etdirə bilər.
Sportal.az xəbər verir ki, "Fənərbaxça" qvineyalı forvardı transfer etmək istəyir. Bu barədə "A Spor" televiziyası məlumat yayıb.
İstanbul nəhəngi Qirassini heyətinə qatmaq üçün Almaniya klubu ilə danışıqlara başlamağı planlaşdırır. 30 yaşlı futbolçu özü "Fənərbaxça"ya keçməyə isti yanaşır.
Qeyd edək ki, Seru Qirassi cari mövsümdə "Borussiya"nın heyətində meydana çıxdığı 44 rəsmi matçda 20 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb. Onun Dortmund təmsilçisi ilə müqaviləsi 2028-ci ilin yayında başa çatır.
saytlarin hazirlanmasi
