"Çelsi" Almaniya millisinin üzvünü transfer edir

16:58 - 6 May 2026

"Köln"ün futbolçusu Said El Mala karyerasını İngiltərə Premyer Liqasında davam etdirməyə yaxındır.

Sportal.az xəbər verir ki, "Çelsi" almaniyalı vingeri transfer etmək istəyir. Bu barədə "Bild" nəşri məlumat yayıb.

London klubunun El Malanın keçidini yayda rəsmiləşdirəcəyi bildirilir. "Çelsi" 19 yaşlı oyunçunu transfer etdikdən sonra onu bir mövsümlük hazırkı klubuna icarəyə verəcək.

Qeyd edək ki, Almaniya U-21 millisinin üzvü olan Said El Mala bu mövsüm "Köln"ün heyətində meydana çıxdığı 34 rəsmi matçda 12 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti