Argentinalı vinger dünya çempionatının ilk iki oyununda iştirak etməyəcək - cəzaya görə

18:59 - 6 May 2026

FIFA "Benfika"nın oyunçusu Canluka Prestianniyə verilən diskvalifikasiya cəzasının öz bayrağı altında keçirilən bütün turnirlərə şamil edilməsi barədə qərar qəbul edib.

Sportal.az xəbər verir ki, əgər 20 yaşlı futbolçu Argentina millisinin yekun heyətinə daxil edilərsə, dünya çempionatının qrup mərhələsinin ilk iki oyununda - Əlcəzair və Avstriyaya qarşı matçlarda meydana çıxa bilməyəcəyəcək.

​Sanksiyalar ilkin olaraq Çempionlar Liqasında baş verən qalmaqaldan sonra UEFA tərəfindən tətbiq edilib. FIFA-nın İntizam Komitəsi Avropa futbol qurumunun müraciətini təmin edərək cəzanı dünya çempionatına da şamil edib. Ümumi diskvalifikasiya müddəti 6 oyundan ibarətdir. Lakin real buraxılan oyunların sayı daha azdır:

​3 oyun: İki illik sınaq müddəti ilə şərti xarakter daşıyır.
​1 oyun: Futbolçu artıq cəzasını çəkib ("Real"la cavab qarşılaşması).
​2 oyun: Aktivdir və məhz rəsmi beynəlxalq yarışlara şamil olunur.

Bununla belə, 20 yaşlı vinger "Benfika"nın heyətində daxili turnirlərdə oynamaq və millinin yoldaşlıq görüşlərində (məsələn, Hondurasla sınaq matçında) iştirak etmək hüququnu saxlayır.

Qeyd edək ki, hHadisə fevralın 17-də, Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunu zamanı baş verib. "Real"ın ulduzu Vinisius Junior argentinalı tərəfindən irqçi təhqirlərə məruz qaldığını bildirib. Vəziyyət o dərəcədə gərginləşib ki, baş hakim Fransua Leteksye antidiskriminasiya protokoluna əsasən oyunu 8 dəqiqə dayandırmalı olub.

​Prestianni özü irqçilik ittihamlarını qəti şəkildə rədd edərək Vinisiusun onu səhv başa düşdüyünü bildirib. Lakin UEFA-nın araşdırması başqa bir maddə - diskriminasiya xarakterli (homofob) davranış üzrə cəza ilə nəticələnib.

Xəbər xətti