"Şəfa" autsayderlə oyunda xal itirdi - VİDEO

20:19 - 6 May 2026

Futbol üzrə Azərbaycan I Liqasında XXV turun oyunları keçirilir.

Sportal.az xəbər verir ki, bu gün "Difai" Buzovna qələbə stadionunda "Şəfa"nı qəbul edib. Qarşılaşma qolsuz bərabərliklə başa çatıb.

Xallarını 54-ə yüksəldən "Şəfa" liderliyini davam etdirir. 15 xalı olan "Difai" isə sonuncu yerdədir.

"Difai" - "Şəfa" 0:0

Xəbər xətti