"Roma" ilə müqaviləsi başa çatan Zeki Çelik qərarını verib.
Sportal.az xəbər verir ki, türkiyəli müdafiəçisi A Seriyası təmsilçisində qalacaq. Bu barədə jurnalist Matteo Moretto məlumat yayıb.
Çelik klubun təklifini qəbul edib. 30 yaşlı sağ cinah müdafiəçisi paytaxt klubu ilə 3 illik yeni sözləşmə imzalayacaq.
Qeyd edək ki, Zeki Çelik 2022-ci ilin yayından "Roma"da çıxış edir. Türkiyə millisinin üzvü 2025/26 mövsümündə "canavarlar"ın heyətində meydana çıxdığı 45 rəsmi matçda 1 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi
