"Tottenhem"ə 53 milyon avroluq təklif göndərdilər

11:44 - 20 İyun 2026

"Tottenhem"in müdafiəçisi Luka Vuşkoviç İngiltərədə klubunu dəyişə bilər.

Sportal.az xəbər verir ki, "Brayton" xorvatiyalı futbolçunu transfer etmək istəyir. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

"Qağayılar" 19 yaşlı mərkəz müdafiəçisi üçün London klubuna 50+3 milyon avroluq təklif göndəriblər.

Qeyd edək ki, Luka Vuşkoviç 2025/26 mövsümündə icarə əsasında "Hamburq"da çıxış edib. Xorvatiiya millisinin üzvü Bundesliqa təmsilçisinin heyətində meydana çıxdığı 30 rəsmi matçda 6 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti