"Rasinq"in müdafiəçisi Xorxe Salinas ölkəsində klubunu dəyişə bilər.
Sportal.az xəbər verir ki, "Barselona" ispaniyalı futbolçunu transfer etmək istəyir. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
Salinasın La Liqaya yüksələn klubla müqaviləsində 8 milyon avroluq sərbəstqalma maddəsi yer alıb. "Barselona" 19 yaşlı sol cinah müdafiəçisi üçün bu məbləği ödəməyə hazırdır.
Qeyd edək ki, Xorxe Salinas "Rasinq"in yetirməsidir. İspaniya U-19 millisinin üzvü ötən mövsüm Santander təmsilçisinin heyətində meydana çıxdığı 34 rəsmi matçda 7 qol ötürməsi edib.
saytlarin hazirlanmasi
