“Neftçi”də 1+1 illik yeni müqavilə - SON DƏQİQƏ

13:37 - 20 İyun 2026

“Neftçi” də hazırkı durumda bir gün iki günə hesablanır.

Vaxt azalıb, iş çoxdur, hələ ki, yekun nəticə hasil olmur.

Xüsusən legionerlərin gətirilməsində ciddi problemlə üzləşən “ağ-qaralar” diqqəti həm də klubla müqavilə müddəti başa çatan futbolçularla danışıqlara yönəldib.

Sportal.az Sportinfo.az-a istinadən xəbər verir ki, paytaxt təmsilçisi sözləşməsinin müddəti sonlanan Emil Balayevlə yeni anlaşma əldə edib.

Razılaşmaya əsasən, 32 yaşlı qapıçı qarşıdakı 2 ildə ağ-qara formanı geyinəcək.

Müqavilənin müddəti 1+1 il nəzərdə tutulub.

Xəbər xətti