I Liqaya yüksələn klub məşqçisi ilə yollarını ayırdı

18:32 - 20 İyun 2026

I Liqaya vəsiqə qazanan "Xankəndi" klubunun məşqçilər korpusunda dəyişiklik baş verib.

Sportal.az xəbər verir ki, bu barədə klubun məlumat yayıb. Baş məşqçi Zaur Hacıyevin köməkçisi Ceyhun Cavadovla qarşılıqlı razılıq əsasında əməkdaşlığa son verilib.

Xatırladaq ki, "Xankəndi" ötən mövsüm II Liqada çempionluğunu rəsmiləşdirərək I Liqaya vəsiqə qazanıb.

Xəbər xətti