“Sabah” müdafiəçi İqor Noqeyra ilə yollarını ayırıb.
Sportal.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Braziliyalı futbolçu ilə mövsümün sonunda başa çatan müqavilə müddəti yenilənməyib.
Noqeyra 2024-cü ildən “Sabah”ın uğurları üçün çalışırdı. O, komandada 62 oyun keçirib, 4 qol vurub. Noqeyra “Sabah”la 1 dəfə Azərbaycan çempionu, 2 dəfə ölkə kubokunun qalibi olub.
saytlarin hazirlanmasi
