"Milan" 74 milyon avroya hücumçu transfer etdi - RƏSMİ

21:50 - 30 İyun 2026

"Milan" hücum xəttini yeni oyunçu ilə gücləndirib.

Sportal.az xəbər verir ki, A Seriyası nəhəngi PSJ-dən Qonsalu Ramuşu transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

"Milan" portuqaliyalı futbolçu üçün Fransa klubuna 74 milyon avro təzminat ödəyib. 25 yaşlı forvardla 2031-ci ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanıb.

Qeyd edək ki, PSJ Qonsalu Ramuşu 2023-cü ilin yayında "Benfika"dan transfer etmişdi. Portuqaliya millisinin üzvü 2025/26 mövsümündə Paris təmsilçisinin heyətində meydana çıxdığı 45 rəsmi matçda 12 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti