UEFA-dan "Fənərbaxça"ya pul cəzası

22:16 - 30 İyun 2026

UEFA Türkiyənin "Fənərbaxça" klubuna pul cəzası verib.

Sportal.az xəbər verir ki, bu barədə ali futbol qurumunun rəsmi saytı məlumat yayıb.

İstanbul nəhəngi maliyyə feyr-pley qaydalarını pozduğu üçün cəzalanıb. Klub buna görə 7 milyon avro məbləğində cərimələnib.

"Fənərbaxça"dan başqa, "Çelsi", "Aston Villa", "Nyukasl", "Nottingem Forest", "Nitsa", "Strasbur", "Fiorentina" və AEK də eyni cəzaya məruz qalıb.

Xəbər xətti