"Koventri" baş məşqçisi Frank Lempard ilə müqavilənin uzadıldığını rəsmən açıqlayıb.
Sportal.az xəbər verir ki, "Çelsi" və İngiltərə millisinin sabiq yarımmüdafiəçisi ilə imzalanan yeni müqavilə 2029-cu ilin yayına qədər qüvvədə olacaq.
Qeyd edək ki, ötən mövsüm Lempardın rəhbərliyi altında "Koventri" Çempionşipi birinci pillədə başa vurub. Klub 25 illik fasilədən sonra yenidən Premyer Liqaya yüksəlib.
saytlarin hazirlanmasi
