Bu matç üçün 7000 kilometr məsafə qət etdilər - UEFA "Qarabağ"ın oyunundan yazdı

22:22 - 11 İyul 2026

UEFA-nın rəsmi saytı Çempionlar Liqası və Avropa Liqasının təsnifat mərhələlərinin açılış oyunlarının nəticələrini şərh edərkən, “Sabah” və “Qarabağ”ın müvafiq olaraq, TNS(2:0) və "Vestri" (3:0) üzərindəki qələbələrinə də diqqət ayırıb. 

Sportal.az xəbər verir ki, qurumun rəsmi saytı bunları yazıb:

"Ötən mövsüm ilk Azərbaycan çempionluq titulunu qazanan "Sabah" evdə Uels təmsilçisi TNS-ni 2:0 hesabı ilə məğlub edərək Çempionlar Liqasında ilk qələbəsi ilə yenidən tarixə düşüb.

Bu arada, "Qarabağ" Avropa Liqasına Avropa debütantı İslandiyanın "Vestri" komandasını 3:0 hesabı ilə məğlub etməklə başlayıb. Ölkəsinin ikinci divizionunda çıxış edən “Vestri” ölkə kubokundakı qələbə sayəsində avrokuboklara vəsiqə qazanıb və bu matç üçün İsafyordurdan Bakıya qədər 7000 kilometr məsafə qət etdilər".

Xəbər xətti