"Liverpul"un sahibi olan "Fenway Sports Group" (FSG) şirkəti klub səhmlərinin 30 faizə qədərinin satılmasına hazırlaşır.
Sportal.az xəbər verir ki, bu barədə "The Financial Times" məlumat yayıb.
1,35 milyard funt-sterlinq dəyərində olan səhm paketi satışa çıxarılacaq. FSG "Liverpul" üzərində nəzarəti itirməyi planlaşdırmır. Şirkət klubun əsas sahibi olaraq qalmaq və onun fəaliyyətinə rəhbərliyi davam etdirmək niyyətindədir.
"Liverpul"un hazırkı bazar dəyəri təxminən 6 milyard dollar qiymətləndirilir. Bu da Mersisayd klubunu dünyanın ən bahalı futbol aktivlərindən birinə çevirir. Cəlb olunan vəsait klubun sonrakı inkişafı və uzunmüddətli layihələrin həyata keçirilməsi üçün istifadə oluna bilər.
saytlarin hazirlanmasi
