"Zirə"nin yarımmüdafiəçisi Rikardo Martins Konfrans Liqası II təsnifat mərhələsinin "Payde" ilə matçından öncə keçirilən mətbuat konfransında iştirak edib.
Sportal.az portuqaliyalı futbolçunun fikirlərini diqqətinizə çatdırır:
"Baş məşqçimizin də qeyd etdiyi kimi bizi təcrübəli komandaya qarşı oyun gözləyir. Oyuna yaxşı hazırlaşmışıq. Növbəti mərhələyə adlamaq üçün əlimizdən gələnin ən yaxşısını edəcəyik. Bunun üçün ilk addımı sabah atmalıyıq".
saytlarin hazirlanmasi
