"Qarabağ"ın sabiq qapıçısı Türkiyə klubuna keçdi

19:23 - 29 İyul 2026

PAOK-un qapıçısı Luka Quqeşaşvili karyerasını Türkiyə Super Liqasında davam etdirəcək.

Sportal.az xəbər verir ki, "Göztepe" gürcüstanlı qolkiperi heyətinə qatıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

İzmir təmsilçisi 27 yaşlı futbolçunu icarəyə götürüb. Klublar arasındakı anlaşmada satınalma bəndi yer alıb.

Qeyd edək ki, Luka Quqeşaşvili 2022-ci ilin yanvarından 2024-cü ilin iyulunadək "Qarabağ"ın formasını geyinib.

Xəbər xətti