"Qarabağ"ın oyununda bizi narahat edən çox məqamlar var" - CSKA-nın baş məşqçisi

19:42 - 29 İyul 2026

CSKA-nın baş məşqçisi Xristo Yanev UEFA Avropa Liqası II təsnifat mərhələsinin "Qarabağ"la cavab matçından öncə keçirilən mətbuat konfransında iştirak edib.

Sportal.az xəbər verir ki, mütəxəssisin fikirlərini diqqətinizə çatdırır:

​"Qarabağ" çox ciddi rəqibdir, top ilə oynamğı çox sevirlər. İlk matçdakı oyunumuzu təkrarlamalıyıq. Hamımız mərhələ adlamaq istəyirik. Uğur qazanacağımız qolu vurmaq üçün bundan da artığını etməliyik. Heç vaxt komandanı müdafiə və hücuma ayırmamışam. Rəqibə müqavimət göstərməli və güclü tərəflərimizi nümayiş etdirməliyik. Bütün komanda səy göstərməlidir. Heç kim oyunlarda eniş-yoxuşların olmasını istəmir. Lakin bu, dünyanın hər yerində baş verir, sabitlik lazımdır.

Ceyms Eto'o "Botev"lə oyuna hazır idi, "Qarabağ"la matçda da hazır olacaq. Hamının ən yaxşı formada olmasını istəyirəm. Ceyms keyfiyyətli futbolçudur. Hamımız istəyirik ki, o, meydana çıxanda komandanın qələbə qazanması üçün əlindən gələni etsin. Qodoy ilə heç bir problemim yoxdur, o, əla xarakterə malikdir. İlk oyunda var gücü ilə çalışdı. Onun əvəzlənməsi kart almaması üçün qorunmaq məqsədi daşıyırdı, reaksiyasının verdiyimiz qərara heç bir aidiyyəti yox idi. Bütün heyət yaxşı vəziyyətdədir, hamısı sərəncamımızdadır.

Hər gün eyni işi görürəm, qarşıdakı matç üçün komandanı ən yaxşı şəkildə hazırlayıram. Matçın vacibliyini, rəqibin ciddiliyini bilirik, buludlarda uçmuruq, ayaqlarımız yerə möhkəm dəyir. Əsas azarkeşlərin dedikləridir. CSKA başqa heç nəyə baxmayaraq, irəliyə getməlidir. Matçda baş verə biləcək hər şeyi nəzərdən keçirmişik. Hər şey baş verə bilər. Keyfiyyətlərimiz var, öz gücümüzə inanmalıyıq. İlk qarşılaşmada gördük ki, "Qarabağ"ın oyununda bizi narahat edən çox məqamlar var. Yaxşı futbolçuları, təcrübəli məşqçisi, oyun üslubu var, onların nə etdikləri ilə ətraflı tanış olmuşam. Lakin bizim də çox keyfiyyətli futbolçularımız var. Rəqibin oyununa tamamilə uyğunlaşmalı deyilik. Sabah uğurlu ola bilərik".

Xəbər xətti