"Şəfa"dan ayrılan yarımmüdafiəçi "Səbail"də

20:33 - 29 İyul 2026

2026/2027-ci il mövsümü üçün transfer çalışmalarını davam etdirən “Səbail” son olaraq “Şəfa”da çıxış etmiş Pərviz Azadovu heyətinə qatıb.

Sportal.az xəbər verir ki, bu barədə I Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

25 yaşlı yarımmüdafiəçi ilə 1+1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Pərviz Azadov “Şəfa”dan başqa, Premyer Liqada “Keşlə” və “Zirə”də çıxış edib.

Xəbər xətti